Şriftin ölçüsü :

Saytın rəngi :

Idman

 

Gənclər və İdman idarələri

  Xızı rayon Gənclər və idman idarəsi 1994-cü ildən rəsmi fəaliyyətə başlamışdır.

  Xızı rayon Gənclər və idman idarəsi Xızı rayonunda gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Gənclər və İdman  Nazirliyinin yerli orqanıdır. İdarə öz fəaliyyətini rayon İcra Hakimiyyəti və bələdiyyə orqanları ilə habelə digər dövlət orqanları ilə əlaqəli şəkildə həyata keçirir.

   İdarənin əsas vəzifə və funksiyaları.

-Rayonda gənclərlə iş, bədən tərbiyəsi və idman sahələrində dövlət siyasatini həyata keçirir.
-Rayon ərazisində gənclər təşkilatlarının və digər aidiyyatı təşkilatların fəaliyyətini əlaqələndirir.
-Azərbaycan Respublikasi Qanunvericilik aktlarında öz əksini tapmış gənclərin sosial problemlərinin həlli, hüquqlqrının müdafiəsi, müxtəlif peşələrə yiyilənməsi və işlə təmin olunması sahələrində əlaqədar təşkilatlarla birlikdə işlər görür, lazım gəldikdə bu məqsədlə müvafiq dövlət orqanları qarşısinda vəsadət qaldırır.
-Əhalini sağlam həyat tərzinə cəlb olunmasını təmin etmək üçün idman qurğularının imkanlarından səmərəli istifadə etməsini təşkil edir.
-Öz funksiya və səlahiyyətləri daxilində toplantılar, görüşlər keçirir, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədilə müxtəlif sahələrdə sərgilər, festivallar, müsabiqələr və digər tədbirlər təşkil edir.
-Gənc nəslin yaradıcılıq potensialını, qüvvəsini, bilik və bacarığını, milli dövlət quruculuğuna, iqtisadi və sosial inkişafı proqramının həyata keçirilməsinə yönəlir.

  Xızı rayonu ərazisində 1 Uşaq Gənclər İdman Məktəbi, 1 Uşaq Gənclər Şahmat İdman məktəbi idmanla məşğul olanların istifadəsindədır.
    Rayonda bədən tərbiyəsi və idmanla məşğul olanların sayı 3030 nəfərdir.

  Xızı rayonu ərazisində fəaliyyət göstərən idman müəssisələri yoxdur.

İdman məktəbləri.

1. Xızı rayon Uşaq Gənclər İdman Məktəbi

Ünvan: Xızı rayonu, Giləzi qəsəbəsi
Fəaliyyət göstərən bölmələr: Güləş, Futbol
Qruplarin sayı-  17
Məşqçi müəllimlərin sayı-14
Məktəbin direktoru:  Rzayev Əhməd Şahmurad oğlu

2. Xızı rayon Uşaq Gənclər Şahmat  məktəbi

Xızı rayonu Xızı şəhəri, Heydər Əliyev prospekti,30
Fəaliyyət göstərən bölmələr:  Şahmat
Qruplarin sayı-  14
Məşqçi müəllimlərin sayı-9
Məktəbin direktoru əvəzi:  Rəsulova Esmira Həbib  qızı


Xızı rayonunda fəaliyyət göstərən Gənclər Təşkilatları haqqında
MƏLUMAT

     Xızı rayonu ərazisində gənclərin sayı 4679 nəfərdir. Bunlardan 2292 nəfəri kişilər, 2387 nəfəri isə qadınlardır.
Rayon ərazisində bir gənclər təşkilatı fəaliyyət göstərir.

3. Gənclərin Bərabərcilik Klubu.
Ünvan: Xızı rayonu Şuraabad qəsəbəsi. AZ-8000

Sədr: Əsədov Emin Xaliq oğlu.

Görkəmli idmançılarımız haqqında

01  Əliyev Əşrəf Paşa oğlu Sərbəst Güləş üzrə 02-05 mart 2000-ci il tarixdə Bakı şəhərində keçirilən gənclər arasında Azərbaycan birinciliyində I yer, 15-18 may 2002—ci ildə Bakı şəhərində yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində I yer, 19-21 dekabr 2008-ci il tarixlərdə Bakı şəhərində keçirilən kişilər arasında Azərbaycan çempionatında II yer,  14-18 sentyabr 2011-ci il tarixlərdə Türkiyənin İstanbul şəhərində keçirilən kişilər arasında dünya çempionatında III yerə layiq  görülmüşdür və olimpiadaya lisenziyanı əldə etmişdir.
02 Məmmədov Ümid Bəxtiyar oğlu Sərbəst Güləş üzrə 2002-ci ilin yanvar ayında  Bakı şəhərində  “20 yanvar” şəhidi M.İsayevin xatirəsinə həsr olunmuş Beynəlxalq Turnirdə I yer,  2003-cü ilin iyul ayında Dağıstanın  Tabasaran şəhərində keçirilən  Beynəlxalq Turnirdə II yer, 2006-ci ilin yanvar ayında  Bakı şəhərində  “20 yanvar” şəhidi M.İsayevin xatirəsinə həsr olunmuş Beynəlxalq Turnirdə I yer,  2007-ci ildə keçirilən yeniyetmələrin Azərbaycan birinciliyində III yer, 2008-ci ilin mart ayında Bakı şəhərində keçirilən  yeniyetmələrin Azərbaycan birinciliyində II yer, 2009-cu ilin fevral ayında Bakı şəhərində keçirilən gənclər arasında Azərbaycan birinciliyində III yer, 2010-cu il mart ayinda Bakı şəhərində keçirilən gənclər arasında Azərbaycan birinciliyində I yer, 2010-cu ilin may ayında keçirilən gənclər arasında Avropa Birinciliyində III yerin sahibi  və 2010-cu ul  gənclər arasında Dünya çempionatında II yerin sahibi olmuşdur.  
03   Rəhimov Elçin Mənsur oğlu Sərbəst Güləş üzrə 2002-ci ilin yanvar ayında  Bakı şəhərində  “20 yanvar” şəhidi M.İsayevin xatirəsinə həsr olunmuş Beynəlxalq Turnirdə I yer, 2005-ci ilin may ayında keçirilən yeniyetmələrin Azərbaycan birinciliyində III yer, 2007-ci ilin may ayında keçirilən yeniyetmələrin Azərbaycan birinciliyində III yerin sahibi olmuşdur. 
04 Rzayev Ravil Rza oğlu Sərbəst Güləş üzrə 55 kq çəki dərəcəsində 2008-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələri Birinciliyində I yerin sahibi olmuşdur.
05 Rzaxanova Aynurə Mirzəxan qızı CÜDO güləşi üzrə yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin 2001- 2002-ci illərdə II, 2003-cü ildə III və gənclər arasında 2004-cü ildə  III yerin sahibi olmuşdur.
06 Zeynalova Dursun Sabir qızı CÜDO güləşi üzrə gənclər arasında 2001-ci ildə Azərbaycan birinciliyində III yerə layiq görülmüşdür.
07   Quliyev Ələkbər Bəxtiyar oğlu CÜDO güləşi üzrə 2008-ci ilin iyun ayında Bakı şəhərində keçirilən yeniyetmələr arasında keçirilən Azərbaycan Kubokunda I yer, 2008-ci ilin oktyabr ayında  Özbəkistanda Dünya Birinciliyinin iştirakçısı , 2009-cu ilin iyul ayında Bakı şəhərində keçirilən Yeniyetmələrin Azərbaycan Kubokunun I-si olmuşdur.
08 Vəliyev Zəlimxan Bayram oğlu Sərbəst güləş üzrə 2011-ci ilin fevral ayında Göyçay rayonunda yeniyetmələr arasında keçirilən Respublika turnirində 46 kq çəki dərəcəsində I yer, 2012-ci ilin fevral ayında Göyçay rayonunda yeniyetmələr arasında keçirilən Respublika turnirində 54 kq çəki dərəcəsində I yer, Bakı şəhərində Sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilmiş Azərbaycan birinciliyində 50 kq çəki dərəcəsində II yerə layiq görülmüşdür. 
09     Məmmədhəsənov Rəsu Abdullayev   Atilla               Qurbanov Nicat

Abışov Ülvi

01-04 aprel 2015-c il  tarixlərdə Qəbələ çəhərində keçirilmiş Sərbəst güləş üzrə 2001-2002 –ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyinin zona yarışlarında İİİ yerləri tutmuşlar.
10 Hüseynov İsmayıl
Əliyev Allahşükür
Babayev Nihad
Babayev Ülvi
Rəhimov Əli
10-13 aprel 2015-ci il tarixlərdə Göyçay rayonunda keçirilmiş Yunan-Roma güləşi üzrə 2001-2002-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyinin zona yarışlarında İİ yerləri tutmuşlar.
11 Hüseynov İsmayıl 10-13 aprel 2015-ci il tarixlərdə Göyçay rayonunda keçirilmiş Yunan-Roma güləşi üzrə 2001-2002-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyinin zona yarışlarında İİ yerləri tutmuşlar.
12 Məmmədov Əfqan
Məmmədov Vəlixan
21-27 dekabr 2015-ci il tarixlərdə Bakı şəhərində keçirilmiş Taekvondo idman növü üzrə gənclər arasında ölkə birinciliyində II yerləri tutmuşlar.

 

              

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər