Elektron xidmətlər
Bir pəncərə -Tikintiyə icazə üzrə elektron müraciət sistemi
Şəxslərin müraciət etmək imkanlarının genişləndirilməsi və vətəndaşlara elektron xidmətlərin göstərilməsi məqsədilə Xızı rayon İcra Hakimiyyətinin rəsmi saytında (khizi-ih.gov.az)“Elektron müraciət” bölümü yaradılmışdır. Bundan başqa saytımızda "e-gov.az" keçid linki yaradılmışdır ki, bu da saytımızdan istifadə edən vətəndaşların elektron hökumət portalına birbaşa keçidini təmin etmək məqsədi daşıyır.
Elektron hökumət haqqında ümumi məlumat
“E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.
Layihənin məqsədi
- Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi
- Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi
-
İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi
Layihənin həyata keçirilməsinin əsas istiqamətləri
- E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması
- Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi
- E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması
- Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi
- E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması
- Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması
E-hökumət infrastrukturunun əsas komponentləri
- Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu
- E-hökumət portalı
- E-hökumət şlüzü
- İnformasiya resursları və sistemlərinin dövlət reyestri
- E-imza üzrə milli infrastruktur
- E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır)
- E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır)
Layihənin əsas üstünlükləri
1. Hökumət üçün
- Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması
- Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması
- Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması
-
Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması
2. Vətəndaşlar üçün
- Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi
- Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi
- İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq
-
Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi
3. Biznes sektoru üçün
- Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması
-
İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması
Layihənin icrasından əldə olunacaq nəticələr: E-xidmətlərin göstərilməsi
Vətəndaşlar üçün e-xidmətlər:
- Gəlir vergisi
- İş axtarışı (müəssisələrdə vakansiyalar)
- Sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi)
- Vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah)
- Avtomobillərin qeydiyyatı
- “On-layn” ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında)
- Yaşayış yerində qeydiyyat
-
Səhiyyə xidmətləri ( e-məsləhət) və s.
Biznes sektoru üçün e-xidmətlər:
- Sosial fondlara ödəmə
- E-bəyannamə, e-vergi hesab-fakturası
- Yeni şirkətlərin qeydiyyatı
- Gömrük bəyannamələri
- E-lisenziya
- E-satınalma, e-kotirovka
- E-hərrac
- Arayışların verilməsi və s.