Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” HESABAT

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrası istiqamətində Xızı Rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş məqsədyönlü tədbirlər barədə 

H E S A B A T

          Azərbaycan Respublikası Prezidentinin 2020-cı ilin 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin icrası istiqamətində Xızı Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

    Belə ki Rayon İcra Hakimiyyəti başçısının qəbuluna gələn, həmçinin rayon rəhbərliyi tərəfindən yerlərdə keçirilən səyyar qəbullar zamanı müraciət edən vətəndaşlarla fərdi qaydada söhbətlər aparılır, onlardan dövlət qulluqçuları barədə etik davranış qaydalarına əməl edilməsi ilə bağlı ictimai rəy öyrənilir, rayonun digər dövlət orqanlarında vətəndaşların qəbulu zamanı dövlət qulluqçuları tərəfindən vəzifə və tapşırıqların layiqincə yerinə yetirilməməsi, həmçinin etik davranış qaydalarının pozulması faktları ilə bağlı yarana biləcək şikayət və müraciətlər barədə  rayon rəhbərliyinə məlumat verilməsi üçün lazımi şərait yaradılmışdır. Həmçinin Xızı rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən şuralarda idarə, müəssisə və təşkilat rəhbərlərinə vətəndaşlarla etik davranış qaydalarına əməl edilməsi ilə bağlı lazımi tapşırıqlar verilmişdir. Bu məqsədlə Xızı RİH-in (mail@khizi-ih.gov.az) internet saytında etik davranış qaydaları ilə bağlı bölmə fəaliyyət göstərir. Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatında dövlət qulluqçularının xidməti davranışlarının  qanunvericiliklə müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət edən və onun təhlilini aparan  məsul şəxs (etik müvəkkil) təyin edilmişdir.                                           

      22 avqust 2022-ci il tarixdə Xızı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019-2021-ci illərində icrası üzrə Milli Fəaliyyət Planının 8.10.1-ci yarımbəndinə uyğun olaraq dövlət orqanlarında dövlət qulluqçularının etik davranışı qaydalarına riayət olunması barədə tədbir keçirilmişdir.

      20 dekabr 2022-ci il tarixdə Xızı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 2020-cı ilin 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökümətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın müddəalarının yerinə yetirilməsi ötən dövr ərzində aparılmış maarifləndirmə işinin vəziyyətinin öyrənilməsinə həsr edilmiş seminar-müşavirə keçirilmişdir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Milli Fəaliyyət Planının ilkin mərhələdə icrasının vəziyyəti öyrənilmiş, maarifləndirmə sahəsində görülmüş işlərdən danışılmışdır. Maarifləndirmə işinin dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması faktları barədə məlumatların rayonun dövlət orqanları tərəfindən vətəndaşlara çatdırılması mexanizminin müasir tələblərə cavab verdiyi qeyd olunmuş, vicdanlı və mədəni davranış, insanların hüquq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, qərəzsizlik və digər etik davranış qayda və prinsiplərini, onlara əməl edilməsi məsələlərini əhatə edən etika və antikorrupsiya məsələləri üzrə mütəmadi olaraq təlim və seminarların keçirilməsinin vacibliyi vurğulanmışdır.

    2022-ci il ərzində rayonun dövlət orqanlarında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması faktı ilə bağlı Rayon İcra Hakimiyyətinə 1(bir) müraciət daxil olmuşdur.

 

“Etik davranış məsələləri üzrə məlumatın təqdim edilmə Forması”

Etik məsələləri üzrə məsul şəxsin adı, soyadı, vəzifəsi və əlaqə məlumatları

Etik davranış qaydaları

Etik davranış qaydasının pozulması hallarının sayı

 

Tətbiq edilən intizam tənbeh tədbirləri

Intizam tənbeh tədbiri tətbiq edilən dövlət qulluqçusunun adı və vəzifəsi

Problemlər

Təkliflər

 

 

 

 

 

 

 

 

 

 

Abdulla Hüseynov Xızı Rayon

İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı

023 315-03-47

Abdulla_huseynov_2017

@mail.ru

Vicdanlı davranış

-

-

-

-

-

Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

 

 

 

 

-

Loyallıq

-

-

-

-

-

İctimai etimad

-

-

-

-

-

İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət. İşgüzar nüfuza hörmət

-

-

-

-

-

            Mədəni davranış

-

-

-

-

-

Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi

 

-

-

-

-

 

-

Qərəzsizlik

 

-

-

-

-

-

Maddi və qeyri-maddi nemətlərin, imtiyaz və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

 

1

Töhmət

Ağayev Osman Aydın oğlu

Xızı RİHB-nın Altıağac qəsəbə İƏD üzrə nümayəndəsi

“Yerli icra hakimiyyətləri haqqında

”Əsasnamənin 5.1.6-cı və 5.1.9-cu maddələrinin tələblərinin pozulması

-

Korrupsiyanın qarşısının alınması

-

-

-

-

-

Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

-

-

-

-

-

Maraqlar toqquşmasının qarşısının alınması

-

-

-

-

-

Əmlakdan istifadə

-

-

-

-

-

Məlumatlardan istifadə

-

-

-

-

-

İctimai və siyasi fəaliyyət

-

-

-

-

-

Keçidlər