Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

  2019-cu il ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 249 milyon 302 min 600 manat olmuşdur ki, bu da ötən illə müqayisədə 11 milyon 871 min 700 manat (5%) çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi 32,4 faiz artaraq 86 milyon 714 min  100 manat, nəqliyat sektorunda əldə olunan gəlirlər təqribən 3,5 faiz artaraq 785  min  manat, ticarət və pərakəndə satış  2,9 faiz artaraq 9 milyon 466 min  manat, sənaye məhsulunun ümumi həcmi 14,8 faiz artaraq 7 milyon 840 min  500 manat, əsas kapitala yönəldilən investisiyalar 6,9 faiz azalaraq 144 milyon 284 min 400 manat, informasiya və rabitə xidmətlərinin həcmi isə 4,2 faiz artaraq 212 min 600 manat olmuşdur.    

    Ümumi məhsul buraxılışında  qeyri-dövlət sektorunun  xüsusi çəkisi 2018-ci  illə  müqayisədə 28,5 faiz artaraq 97 milyon 5 min 600 manat olmuşdur.

2019-cu il  ərzində rayon büdcəsinin mədaxil proqnozu ümumilikdə 1 milyon 960 min manata qarşı faktiki 2 milyon 479 manat yerinə yetirilmişdir. Bu göstərici ötən illə müqayisədə 145 min 291 manat çoxdur. Qeyd etmək lazımdır ki, proqnozlaşdırılan illik yerli gəlir nəzərdə tutulmuş xərclərin yalnız 62,3 % faizini təşkil edir. Ümumilikdə büdcənin məxaric hissəsi 3 milyon 145 min manat dürüstləşdirilmiş proqnoza qarşı faktiki 2 milyon 782 min 106 manat və ya 88,5% icra olunmuşdur. Büdcə məxaricinin  təyinata nisbətən az yerinə yetirilməsinə əsas etibarı ilə  əməyin ödənişi ilə bağlı və bəzi digər xərclərin qənaəti səbəb olmuşdur. Büdcə məxaricinin əhəmiyyətli hissəsini sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi təşkil edir. Bu tədbirlərin maliyyələşdirilməsinə 1 milyon 195 min  931  manat vəsait sərf olunmuşdur ki, bu da bu tədbirlər üçün nəzərdə tutulmuş  xərclərin 90,6 %-ni təşkil edir. Təhsil xərclərinə  ümumilikdə 411 min 868 manat, səhiyyə xərclərinə 760 min 700 manat vəsait sərf olunmuşdur ki, bu xərclərin əsas hissəsini əmək haqqı və ona bərabər tutulan xərclər təşkil edir. İl ərzində  ümumi xərclənən vəsaitin 53,6 %-ni əmək haqqı və ona bərabər tutulan xərclər təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə hesabat dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızı rayonu üzrə 10 layihəyə cəmi 189,0 min manat güzəştli şərtlərlə kredit verilmişdir ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 17 yeni iş yeri yaradılmışdır.

Rayon iqtisadiyyatında kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahəsi əsas yer tutur.Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərindən buğda əkininin sahəsi 1256,0 hektar artaraq 3488,0 hektar, arpa əkininin sahəsi 155,0 hektar artaraq 1949,0 hektar, yem bitkiləri  əkinlərinin sahəsi isə 40,4 hektar artaraq 297,0 hektar təşkil etmişdir.  2019-ci ilin məhsulu üçün rayon üzrə 3488,0 hektar buğda sahəsindən 6627,2 ton, 1949,0 hektar arpa sahəsindən isə 3313,3 ton məhsul alınmışdır. 2019-ci il üçün buğdanın hektardan məhsuldarlığı 19,0 sentner, arpanın məhsuldarlığı isə 17 sentner olmuşdur. 2020-ci ilin məhsulu üçün rayon üzrə payızlıq əkin işlərinin aparılması üçün 5800,0 hektar əkin sahəsində şum aparılmış, 3400,0 hektar sahədə payızlıq buğda, 1930,0 hektar sahədə payızlıq arpa səpini aparılmışdır.

2020-ci ildə rayonun sosial-iqtisadi inkişafına uyğun olaraq rayonda avtomobil yollarının təmiri və asfaltlaşması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, Giləzi-Xızı avtomobil  yolunun 19000 m2 hissəsi  asfalt-beton qarışığı  ilə təmir edilmiş, 3850 p/m küvetləri təmizlənmiş və yenidən  bərpa edilmiş, yol çiyinləri  çınqıl ilə  bərkidilmiş, Xızı-Xələnc-Qızılqazma, Xızı-Altıağac avtomobil yolunun  bəzi hissələrində çala  təmiri işi  aparılmış, küvetləri  təmizlənmiş, yol nişanları quraşdırılmışdır.
     İl ərzində həmçinin Şorabad qəsəbə, Qarabulaq kənd, Safbulaq kənd,  Ağdərə kənd avtomobil yolları avtoqreyderlə hamarlanaraq, çala  təmiri işləri aparılmışdır.Cənab Prezidentin imzaladığı müvafiq sərəncam əsasında Tıxlı kənd avtomobil yolu yüksək keyfiyyətlə inşa edilərək yenidən qurulmuşdur. Bununlada Tıxlı kənd sakinlərinin yol problemi birdəfəlik həll olunmuş, vətəndaşların rahat və təhlükəsiz hərəkəti təmin edilmişdir.Xızı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Ağdərə kəndinin 12 km-lik su xəttinin korroziyaya məruz qalmış 6 km hissəsi yenilənərək əhalinin istifadəsinə verilmişdir.

Cənab Prezidentin müvafiq sərəncamları ilə inşa edilmiş 56 yerlik Xələnc kənd modul tipli ümumi orta məktəbin tikintisi başa çatdırılmış,  26 dekabr 2019-cu il tarixdə Xızı şəhər 1 nömrəli 420 şagird yerlik məktəbin açılış mərasimi keçirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər