Şriftin ölçüsü :

Saytın rəngi :

Poçt və Rabitə

İdarənin adı: Xızı Telekommunikasiya Qovşağı
Ünvanı: Zəngəzur küçəsi 4
Əlaqə telefonu: (023) 315-01-00; (023) 315-00-10
Rəhbərin adı: Quliyev Murad Vladimir oğlu (v.m.i.e)

Fəaliyyəti haqqında qısa məlumat:
Xızı Telekommunikasiya Qovşağı Azərbaycan Respublikası Rabitə Nazirliyinin 1996-cı il tarixli əmri ilə yaradılıb. Müəssisə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnalogiyaları Nazirliyinin sisteminə daxildi,. “Aztelekom ” İstehsalat birliyinin müstəqil sturukturlu təsərrüfat vahididir, müstəqil balansa malikdir, tam təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Idarə yerli hakimiyyət orqanlarına, əhaliyə, müəssisə, idarə və təşkilatlara keyfiyyətli və fasiləsiz rabitə xidməti göstərir. Xızı Telekommunikasiya Qovşağında 9 EATS mövcuddur. Ümumi tutumu  2048 ədəd, istifadə tutumu 1440 ədəddir. Hazırda idarədə 25 nəfər işçi çalışır.

 

İdarənin adı: Xızı rayon Poçt filialı
Ünvanı: Heydər Əliyev 13
Əlaqə telefonu: (023) 315-00-03
Rəhbərin adı: Əliyev Söhrab Hacımurad oğlu

Fəaliyyəti haqqında qısa məlumat:
“Azərpoçt” –un filialı olan Xızı rayon Poçtamtının 2 poçt şöbəsi və 2 agentliy fəaliyyət göstərir. Poçt şöbələri əhali və idarə-müəssisələrə geniş çeşiddə, yəni 45-ə yaxın ənəvi və qeyri-ənənəvi poçt xidmətləri göstərir. Şəhərlərarası və beynəlxalq danışıq, sadə və sifarişli, qiymətli məktub, banderol, bağlama, teleqram, barat, şəhərlərarası danışıq, abunə, qaz, enerji, su haqlarının qəbulu və s. kimi xidmətlər gündəlik əhaliyə göstərilən xidmətlərdəndir. Əməliyyatların aparılmasının avtomatlaşdırılması məqsədilə bütün poçt şöbələri texniki vasitələrlə (kompyuter, elektron tərəzi, faks aparatları) tam təmin edilmişdir. Dünya Bankının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə layihəsinə əsasən Poçtamtda və onun poçt şöbələrində struktur islahatları aparılır. Dünya Bankının xətti ilə görülən işlər, Xızı rayonunda əhali və idarə-müəssisələrə geniş çeşiddə, yüksək səviyyədə poçt rabitəsi xidmətləri göstərməyə imkan verəcəkdir. Hal hazirda filialda 21 işçi çalışır.
 

Keçidlər