Açıq məlumatlar
Ağdərə kəndinin “Şıxandağ” ərazisində yerləşən gil və bentonit yataqları
Dövlət Sahə Balansında qeydiyyata alınmış Xızı rayonunun Ağdərə kəndinin “Şıxandağ” ərazisində yerləşən gil və bentonit yataqları Bakı-Quba magistral avtomobil yolundan 60 km cənub qərbdə yerləşir. Xızı rayonu ərazisində külli miqdarda yüksək keyfiyyətli gil və bentonit ehtiyyatları mövcuddur. Yataq hal-hazırda ehtiyatdadır və Dövlət Balansında qeydə alınıb. Ərazinin əlverişli coğrafi mövqeyi, Bakı və Sumqayıt şəhərlərinə yaxınlığı ilə seçilir. Hamarlanmış yol infrastrukturu mövcuddur. Ərazidən magistral qaz xəttinin keçməsi istehsal müəssisəsinin yaradılması üçün xüsusi əhəmiyyətə malikdir.
50-dən çox növü olan bentonitin 240-dan çox tətbiq sahəsi məlumdur. İstehsal olunacaq bentonit məhsulları neft sənayesində, metallurgiyada, yemçilikdə və şərabçılıqda, lak-boya, keramika, tibb, kimya və ətriyyat sənayesində habelə hidrotexniki qurğularda izolyasiya materialı kimi və müxtəlif çeşidli tikinti materiallarının istehsalında istifadə olunur.